2017-ci ilin ən yaxşı 100 mahnısı açıqlanıb
15.12.2017 1032 0.0 0

"Billboard" jurnalı 2017-ci ilin ən yaxşı 100 mahnısının adını açıqlayıb.

“Report” xəbər verir ki, birinci yerdə müğənni Selena Qomesin "Bad Liar" bəstəsi, ikinci yerdə isə Kardi Bi və onun "Bodak Yellow" mahnısı qərarlaşıb.

Liderlər üçlüyünü Kelvin Harris və Frenk Ouşenin "Slide" treki qapayıb.

Onun ardınca Luis Fonsi, Daddi Yanki və Castin Biberin ifasında "Despacito" mahnısı gəlir.

Siyahıda həmçinin Lil Uzi Vertin "XO Tour Llif3", Kendrik Lamarın "Humble", Cey Balvin, Uilli Uilyam və Beyonsun "Mi Gente" mahnısı var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar