18 yaşlı gənc su anbarında batıb
22.07.2015 781 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda su anbarında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 130 km aralı, nəzarət olunmayan ərazidə) 1997-ci il təvəllüdlü Vəliyev Əli İlqar oğlu batmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. Ə.Vəliyevin cəsədi batdığı yerdən, tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:05-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar