18 oktyabrda gözlənilən hava şəraiti
17.10.2016 1035 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

Bakıda və Abşeron yarımadasında

 

Oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Oktyabrın 18-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar