16 mayda gözlənilən hava şəraiti
15.05.2019 616 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info bildirir ki, verilən proqnoza görə,

Bakıda və Abşeron yarımadasında

Mayın 16-dhava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb  küləyi günün ikinci yarısında şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 15-17, gündüz  27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 761 mm civə sütunu,nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.   

Azərbaycanın rayonlarında

Mayın 16-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı, leysan xarakterli olacağı gözlənilir, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz  27-32, dağlarda gecə 8-13,  gündüz 17-22 dərəcə isti təşkil edəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar