15 iyul Türkiyədə qeyri-iş günü olacaq
29.09.2016 541 0.0 0

Türkiyədə 15 iyul tarixi qeyri-iş günü olacaq. 
 
APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, artıq 15 iyul tarixi Demokratiya və azadlıqları anma günü kimi qeyd olunacaq: “Dünən bu barədə Milli Təhlükəsizlik Şurasının toplantısında da hökumətə tövsiyə etdik. Hər ilin iyulun 15-i şəhid və qazilərimizi anma günü kimi qeyd ediləcək. Bununla əlaqədar həmin tarix qeyri-iş günü olacaq”.
 
R.T. Ərdoğan bu günü türk millətinin ikinci qurtuluş savaşı adlandırıb: “Çünki bu tarixdə torpaqlarımız işğalı edilə bilərdi. Ancaq millətimiz buna imkan vermədi”. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar