12 noyabrda gözlənilən hava şəraiti
12.11.2017 1313 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                               

Noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində çiskin olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 15-18, Bakıda gecə 11-13, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-11, gündüz 15-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar