11 Fevral hava məlumatı
10.02.2015 864 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bildirirki, Bakı və Abşeron yarımadasında,

Fevralın 11-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın əsasən yağmursuz keçəcəyi, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. 
Səhər zəif duman olacaq. Gündüz mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə və axşam 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 11-də
 hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-4, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 
Tibbi-meteoroloji proqnoz
Fevralın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar