05 noyabrda gözlənilən hava şəraiti
04.11.2016 877 0.0 0

Qazeta.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına əsasən bildirir ki,

 

Bakıda və Abşeron yarımadasında

 

Noyabrın 05-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 12-16, Bakıda gecə   8-10, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

Noyabrın 05-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar