04 apreldə gözlənilən hava şəraiti
03.04.2016 509 0.0 0

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

 

Mülayim qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında aprelin 4-də arabir yağış yağacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 11-16, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar