03 dekabra gözlənilən hava proqnozu açıqlanıb
02.12.2021 359 0.0 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  növbəti günə gözlənilən hava məlumatını açıqlayıb.

Qazeta.info verilən proqnoza əsasən bildirir ki, dekabrın 03-də gözlənilən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 9-13° isti, Bakıda gecə 5-7° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Dekabrın 03-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar