Türkiyə baş nazir aparatının 257 əməkdaşı işdən kənarlaşdırılıb
19.07.2016 635 0
Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb.
“Hürriyet”ə istinadən verilən məlumata görə, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib.
Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.
Qeyd edək ki, 15 iyulda baş vermiş hərbi çevriliş cəhdindən sonra Türkiyənin dövlət orqanlarında “Fətullahçı Terror Təşkilatı”na (FETÖ) mənsub olduğu iddia edilən dövlət məmurlarının kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb. /apa/
Digər xəbərlər:
Şərhlər




