TRT-nin çevriliş bəyanatını oxuyan xanım aparıcı da saxlanıldı
12.08.2016 1008 0.0 0

Türkiyənin TRT telekanalının 42 nəfər əməkdaşı saxlanılaraq Ankara Polis İdarəsinə aparılıb.

Onların arasında iyulun 15-də silahlı təzyiq zoru ilə çevirliş bəyanatını oxumağa məcbur edilmiş Tijen Karaş da var. Halbuki, həmin gecə səhər saat 00:04 radələrinə xanım Tijen Karaş mitinqdə xalqın önünə çıxıb mətni oxumağa silah gücü ilə vadar edildiyini, ölümlə hədələndiyini, TRT əməkdaşlarının əllərinin arxadan bağlanıb, başlarına silah dirəndiyi üçün bəyanatı oxumağa məcbur olduğunu demişdi.

Tijen Karaş çevrilişin əleyhinə olduğunu, Türkiyənin qanuni hakimiyyətini dəstəklədiyini bəyan edib. Buna baxmayaraq, o da saxlananlar arasındadır. Saxlananlar Ankara polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilir./cebhe.info/

 

 


Digər xəbərlər:
Şərhlər
avatar