Zooparkda pələng sahibini parçaladı - VİDEO
14.03.2018 1373 0.0 0

Çinin Fuican əyalətində dəhşətli hadisə baş verib.

Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, ölkənin məşhur zooparklarından birində əhilləşdirilmiş pələng məşq zamanı baxıcılardan birini parçalayaraq öldürüb.

Məlumata görə, sirkdə göstəriləcək yeni nömrələrə hazırlıq məşqləri zamanı balacalığından ona baxıcılıq edən Vu adlı sahibini parçalayan pələngi heç kim sakitləşdirə bilməyib. Pələngin onu bəsləyib, qayğısına qalan sahibinə niyə hücum etməsi araşdırılır.

Zoopark rəhbərliyi pələngin öldürdüyü şəxsin əlində böyümüşdü, o, əhlilləşdirilmişdi, yırtıcı deyildi deyə bəyanat verərək, hadisənin hansı səbəbdən baş verdiyini araşdırdıqlarını deyiblər.

Dəhşətli anların görüntülərini təqdim edirik:


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar