Zlatan İbrahimoviç ABŞ klubu ilə müqavilə imzalayıb
31.01.2018 804 0.0 0

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviçin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, isveçli forvard karyerasını ABŞ-da davam etdirəcək.

 

Belə ki, ulduz futbolçunun bir neçə gün əvvəl “Los-Anceles Qalaksi” klubu ilə müqavilə bağladığı üzə çıxıb. Lakin onun ABŞ-a nə zaman köçəcəyi hələ açıqlanmayıb. Zlatan ya həmin ölkədə yeni mövsüm öncəsi (martda), ya da “Mançester Yunayted”lə müqavilə müddəti başa çatdıqdan sonra (iyunda) komandasını dəyişəcək.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç “Mançester Yunayted”ə 2016-cı ildə PSJ-dən keçib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar