Ziya Məmmədova yeni səlahiyyət verildi-Sərəncam
27.02.2016 1553 0.0 0

Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.
 
Məlumata görə, bu,  Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 noyabr tarixli 2495 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncamında əksini tapıb.
 
Dəyişikliyə əsasən  “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi səlahiyyəti Nəqliyyat Nazirliyinə həvalə edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar