Zidan ikinci dəfə ilin ən yaxşı məşqçisi seçilib
09.01.2018 728 0.0 0

"Real Madrid" futbol klubunun baş məşqçisi Zinəddin Zidan "France Football"un versiyasna görə 2017-ci iin ən yaxşı məşqçisi seçilib.

Bu barədə TASS agentliyinə istinadən xəbər verilir.

45 yaşlı mütəxəssis ardıcıl ikinci dəfə mükafata sahib olub.

"Real Madrid" ötən il Zidanın rəhbərliyi altında Çempionlar Liqası, İspaniya çempionatı və Superkuboku, UEFA Superkuboku və dünya klub çempionatının qalibi olub. Zidan Madrid klubunun baş məşqçisi postuna 2016-cı ilin yanvarında gətirilib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar