ZİYA MƏMMƏDOV- «BELƏ BİR ARZU VAR»
26.01.2015 874 0.0 0

 Bakı-Sumqayıt arasında sürətli elektrik qatarının təşkili ilə bağlı Nəqliyyat Nazirliyinin qurumları arasında fikir mübadiləsi aparılır.

 

Qazeta.info APA-ya istinadən xəbər verir ki, bunu nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, ölkə daxilində sürətli qatarların və tramvayların çəkilməsi bir növ xəyala bənzəyir: “Belə bir arzu var. Bunu reallaşdırmaq üçün böyük maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, dünyada neftin qiyməti aşağı düşüb, müəyyən proseslər gedir. Bu da böyük layihələrin icrasına öz təsirini göstərir, onların həyata keçirilməsini ləngidir”.

 

Daha sonra açıqlamasında, Azərbaycanda 2014 cü ildə nəqliyyat sektoruna 2.5 mlrd dollar sərmayə yatırıldığını bildərən nazir , nəqliyyat sahəsinə yatırılan investisiyalar bütün iqtisadiyyata yatırılan sərmayələrin 21%-nə bərabərdir deyə qeyd edib.

 

Z. Məmmədov qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib.

 

"Nəqliyyat sektorunda son 10 ildə daşımaların həcmi 5,7%, sərnişindaşıma 3,7%, tranzit daşınmalar 3,4% artıb", - deyə nazir qeyd edib.

 

Qurum rəhbəri əlavə edib ki, son 10 ildə respublika üzrə 11 min km yol, 300 körpü tikilib. Körpülərin 70-i Bakının ərazisindədir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar