Zbiqnev Bjezinski 89 yaşında vəfat edib
27.05.2017 624 0.0 0

ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

RİA Novosti-yə istinadən verilən məlumata görə, bu haqda mərhumun qızı Mika bildirib.

"Bu gecə atam sakitcə dünyasını dəyişib", - Bjezinskinin qızı öz Instagram səhifəsində yazıb, və həmçinin Twitterdə onun ölümü barədə xəbər verib.

New York Times nəşrinin məlumatına görə, Bjezinski 26 mayda Virciniya xəstəxanalarından birində vəfat edib./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar