«Zaminbank »ASC-nin Göyçay filialında qanunsuzluq-Şikayət
30.06.2015 577 0.0 0

Ucar rayonu Koroğlu küçəsi ev 25 sakini Fətalıyev Məzahir Mikayıl oğlu tərəfindən Qazeta.info saytına şikayət daxil olub.Bizə ünvanlanan yazıda  "Zaminbank"  ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsindən şikayət edilib.

  Ucar sakini Məzahir Fətalıyev  qeyd edir ki, "Zaminbank"  ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı müdiri onun xəbərim olmadan saxta sənədlər tərtib edərək kredit müqaviləsində onu zamin kimi göstərməklə ciddi qanunsuzluq etmişdir ki, bu cinayət əməlidir.

Belə kİ, Məzahir Fətalıyevin bildir ki, " 2014-cü il tarixdə Ucar rayon sakini Elman Daşdıyevin "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsindən kredit götürmüşdür ki, həmin vaxt  zaminlik müqaviləsinə imza etmişdim. Ancaq həmin krediti Elman Daşdıyev ödəmiş və yenidən "Zaminbank"ASC-nin Göyçay filialının 18-ci şöbəsindən götürdüyü kredit müqaviləsində mənim zaminliyimi xəbərim olmadan qeyd edib əvəzimə imza edilmişdir.Bütün bu saxtakarlıqları , özbaşınalıqları "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsinin  Ziya adlı müdiri etmişdir.  Elman Daşdıyev kreditin ödənilməsini gecikdirdiyi üçün "Zaminbank" ASCnin Göyçay filialı tərəfindən 19.06.2015-ci il tarixli məktubla bildiriş həm kredit götürən şəxsə və mənə təqdim edilmişdir.Yalnız bundan sonra mənə məlum olub ki, "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı müdiri saxtakarlıq edib mənim xəbərim olmadan zamin kimi kredit müqaviləsinə adımı qeyd etmişdir.Mən bu barədə həmin şəxsə bildirdikdə Dövlət Sosial Fondundan  arayış təqdim edildiyini dedi.Ancaq bir daha bildirirəm ki, mən "Zaminbank" ASCnin Göyçay filialının 18-ci şöbəsi ilə vətəndaş Daşdıyev Elman Nəsrəddin oğlu arasında ikinci dəfə bağlanılmış kredit müqaviləsində zaminlik etməmişəm, həmin müqaviləyə mənim əvəzimə imza edilib, hər hansı arayış təqdim etməmişəm, həmin arayış əgər varsa tam  qanunsuzdur.Bu cinayət faktının araşdırılıb "Zaminbank"  ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı saxtakar  müdiri barəsində qanuna müvafiq tədbirlər görülməlidir.Mən bu cinayət əməli barədə hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişəm."

 

P.S.Qazeta.info bildirir ki, yazıda adı hallanan qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar