Zakir Həsənovun rəsmi səfəri başlayıb
03.07.2015 648 0.0 0

Litva Respublikasına rəsmi səfəri başa çatdıqdan sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasına yola düşüb.
Azərbaycanın Müdafiə naziri Latviya Respublikasının yeni seçilmiş Prezidenti, iyulun 8-dən prezident vəzifələrinin icrasına başlayacaq hazırkı Müdafiə naziri cənab Raymonds Veyonisin dəvəti ilə iyulun 3-dən 4-dək Latviyada rəsmi səfərdə olacaq.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və müdafiə məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar