Zakir Həsənov səfərə gedib
18.10.2016 611 0.0 0

"Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının Müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.
Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.
Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar