Zərər çəkən neftçilərə kompensasiya ödəndi
10.12.2015 583 0.0 0

Dekabrın 10-da Azərbaycan Respublikasının baş nazir Artur Rasizadə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar sərəncam imzalayıb.

Məlumata görə, sənəddə deyilir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 5 dekabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının təkliflərini nəzərə alaraq, qəza nəticəsində həlak olanların və itkin düşənlərin hər birinin ailəsinə Azərbaycan Respublikasının 2015-ci il Dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 15 000 (on beş min) manat məbləğində birdəfəlik maddi yardım ödənilsin.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qəza nəticəsində həlak olanların və itkin düşənlərin ailələrinə və xəsarət alanlara nəzərdə tutulmuş təminatların ödənişini müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirmək, habelə xəsarət alanların müalicəsi, reabilitasiyası və digər məsələlərlə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Sərəncamda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırıq verilib ki, Dövlət Komissiyasının təqdim etdiyi siyahıya uyğun olaraq, göstərilən birdəfəlik maddi yardımın həlak olanların və itkin düşənlərin ailələrinə ödənilməsini təmin etsin. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə qanunvericilik aktlarından irəli gələn öhdəliklərin işəgötürən qismində Dövlət Neft Şirkətinin bağladığı sığorta müqavilələrinin yerinə yetirilməsi üçün tədbirlər görsün. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza

Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Bir neçə gün əvvəl itkin düşənlərdən 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb. 

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardır: 

1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub. 
Onların da axtarışı davam edir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar