YUNESKO-nun yeni baş katibi məlum olub
14.10.2017 650 0.0 0

Fransanın sabiq mədəniyyət naziri Odri Azule YUNESKO-nun yeni baş katibi seçilib.

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, sabiq nazir təşkilatın İcraiyyə Şurası üzvlərinin 30 səsini qazana bilib. Qalib gəlmək üçün 58 səsdən 30-u qazanmaq kifayət idi.

 

Seçkilərin son turunda digər namizəd, Qətərli diplomat Həməd bin Əbdüləzizi Əl-Kavarı 28 səs toplayıb. 

 

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar