Yunanıstanda tanınmış terrorçu qadın tutulub
05.01.2017 916 0.0 0

Yunanıstanda tanınmış terrorçu "Pola" ləqəbli 48 yaşlı Panayota Rupa tutulub.

Qazeta.info “Report” -a istinadən xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları uzun müddət əvvəl onun barəsində axtarış elan edib.

İnformasiyaya əsasən, "Pola" Yunanıstanın paytaxtı Afinanın cənubunda yetkinlik yaşına çatmayan övladı ilə birlikdə yaşayırmış.

Məlumata görə, o, Yunanıstanda fəaliyyət göstərən solyönlü “İnqilabi mübarizə” terrorçu qruplaşmasının fəal üzvlərindəndir. "Pola" həm də tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, əri ilə birlikdə bir sıra terror aktlarının törədilməsində iştirak edib. Onlar 2007-ci ildə ABŞ-ın Yunanıstandakı səfirliyinin binasını minaatanlardan atəşə tutublar. 2016-cı ildə isə Panayota Rupa ərini ələ keçirdikləri helikopterlə həbsxanadan qaçırılmasını təşkil etmək istəyib.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar