Yunanıstan xilas yoluna çıxdı
14.08.2015 640 0.0 0

Yunanıstan parlamentinin deputatları Avropa İttifaqının təklif etdiyi 3-cü maliyyə yardımı paketini təstiq ediblər. 

Məlumata görə Yunanıstan hakimiyyəti gecə boyu davam edən iclasda gəbul edilən paketin ölkənin Avropa Mərkəzi Bankına olan borcunu ödəməyə imkan verəcəyinə ümüd edir. Yunanıstana ediləcək maliyyə yardımımın həcmi 85 milyard avro təşkil edəcək.

Razılaşmanı təstiqləmək üçün Avrozona maliyyə nazirlərinin bu gün Brusseldə görüşü gözlənilir.


Daha əvvəl Yunanıstanın baş naziri Aleksis Tsipras yardım paketinin qəbul edilməsini "millət üçün zəruri addım" adlandırıb və bütün deputatları kreditorlarla sazişin bağlanması proyektinin lehinə səs verməyə çağırıb.

O, həmçinin, Almaniyanın Afinaya kömək məqsədi ilə vermək istədiyi kreditin arxasında əslində hansı təhlükənin olması barədə xəbərdarlıq da edib.

Onun sözlərinə görə Almaniyadan alınan kredit "sonu olmayan böhran"-a yol açacaq. Ona görə baş nazir 
Avrozonaya daxil olan ölkələrdən də Almaniydan alınan krediti dəstəkləməməyi xahiş edib.

 


Aleksis Tsipras - Yunanıstanın baş naziri

Yunanıstan avqustun 20-dək Avropa Mərkəzi Bankına (AMB) 3,4 milyard avro (3,8 milyard dollar) ödəməlidir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar