Yunanıstan Türkiyə gəmisini saxlayıb
11.01.2018 702 0.0 0

Türkiyəyə məxsus gəmi Yunanıstanın Girit sahillərində saxlanılıb.

“Reuters”ə istinadən xəbər verilir ki, bomba hazırlanmasında istifadə edilən partlayıcı daşıyan gəmi Liviyaya doğru hərəkət edirmiş.

İnformasiyaya əsasən, yük gəmiyə Türkiyənin Mersin və İskenderun limanlarında yüklənib və Tanzaniyaya məxsus olub. Gəminin Cibuti və Omana getməyi planlaşdırdığı haqqında məlumat yayılıb.  Ancaq gəmi kapitanı yükün hamısının Liviyanın Misrata limanına aparılması təlimatını aldığını bildirib.

Məlumata görə, gəmidə ammonium nitrat, elektriksiz partlayıcılar və 11 ədəd maye qaz çəni olub.

Gəminin göyərtəsindəki 8 nəfər heyət üzvü də saxlanılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar