Yunanıstan hərbçiləri Türkiyə helikopterinə atəş açıb
10.04.2018 439 0.0 0

Yunanıstan hərbçiləri Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterə atəş açıb.

“CNNTurk”ə istinadən xəbər verilir ki, bu barədə Yunanıstan KİV-i məlumat yayıb.

Bildirilib ki, helikopter Kizilhisar adası sahillərinin qərbində yerləşən Ro adası (Kara ada) üzərindən uçurmuş. Bu zaman Yunanıstan hərbçiləri Türkiyə helikopterə xəbərdarlıq atəşi açıb.

“Ekatimerini” qəzetinin yazdığına görə, Türkiyəyə məxsus bir helikopter Yunanıstanın nəzarəti altında olan Kara adası üzərindən alçaqdan uçub. Hadisəyə də bunun səbəb olduğu iddia edilib. 

SKAİ televiziyası isə Türkiyə helikopterinə izlənən güllələrlə xəbərdarlıq atəşi açıldığını bildirib.

Türkiyə və Yunanıstanın müdafiə nazirlikləri hələlik insidentə münasibət bildirməyiblər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar