Yük maşını qoyun sürüsünü vuraraq tələf edib
04.05.2017 1007 0.0 0

Göygöl rayonunda yük maşını 82 baş qoyunu vuraraq tələf edib.

Məlumata görə, hadisə mayın 2-də saat 18 radələrində rayonun Quşqara kəndi ərazisində baş verib.

Belə ki, Qazax rayon sakini Vaqif Allahverdiyev idarə etdiyi "MAN" markalı qoşqulu yük avtomobili ilə yolun hərəkət hissəsində olan qoyun sürüsünü vurub. Nəticədə 82 baş qoyun-quzu tələf olub, bir neçəsi isə yaralanlıb.

Faktla bağlı araşdırmalara başlanılıb./Report/


Digər xəbərlər:
Şərhlər
avatar