Yolu keçmək istəyən 3 piyadanı avtomobil vurub
13.10.2015 583 0.0 0

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
 
Məlumata görə, hadisə şəhərin Dəmir Yol Vağzalı yaxınlığında baş verib. Gəncə şəhər sakinləri, 1990-cı il təvəllüdlü Eşqin Məmmədov onun bacısı, 1987-ci il təvəllüdlü Aytən Məmmədova və 1994-cü il təvəllüdlü Fərqanə Əlibəyova yolu keçmək istəyərkən hələ ki, markası məlum olmayan avtomobil tərəfindən vurulub. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar