Yol polisi sürücülərə müraciət edib
24.02.2022 305 0.0 0

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

BDYPİ-dən daxil olan müraciətdə deyilir:

“Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra rayonlarında dumanlı hava müşahidə edilir ki, bu da məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə bir sıra çətinliklər yaradır.

Qatı duman yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.

Eyni zamanda, piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar”./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar