Yerə nəhəng asteroid yaxınlaşır
18.11.2017 1016 0.0 0

Yer kürəsinə hər gün bir az daha yaxınlaşan Panteon asteroidinin dekabrın 17-də planetimizə ən yaxın məsafədə olacağı gözlənilir.

Məlumata görə, 5 kilometr uzunluğu olan nəhəng asteroid dünyadan 10 milyon kilometr uzaq məsafədə olacaq.

Asteroidin Yer planetinə yaxınlaşması "Geminid" (Əkizlər) metorit yağışı ilə paralel baş verəcək. Meteorit yağışı isə 13-14 dekabr tarixində gözlə görünə biləcək səviyyədə olacaq.

Mütəxəssislərin bildiriyinə görə, Panteon asteroidi hazırki ölçüsündən dəfələrlə böyük olub. Lakin o, Günəşə bir neçə dəfə yaxın məsafədə olduğu üçün eroziyaya uğrayıb.

Astronomlar asteroidin planetimiz üçün heç bir təhlükə daşımadığını bildirib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar