Yeniləndi-Çayda batdığı ehtimal olunan şəxsin axtarışları aparılır
31.05.2015 744 0.0 0

 

FHN-ə istinadən verilən xəbərə görə, dünən Araz çayının, İmişli rayonu Xubyarlı kəndi ərazisindən keçən hissəsində  batmış 1987-ci il təvəllüdlü Məmmədov Eldəniz Teymur oğlunun axtarışları başa çatıb.

 

E.Məmmədovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 30 m aralıda tapılaraq sudan çıxarılıb.

                                                             

                                                              *****

Ötən gün axşam saatlarında, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu Xubyarlı kəndi  ərazisindən keçən hissəsində bir nəfərin batdığı ehtimal olunduğu barədə məlumat daxil olub.
 
 Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, dərhal dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılmışdır.
 
Əlavə məlumat veriləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar