Yeni zirehli texnika Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib
16.02.2018 886 0.0 0

Azərbaycana gətirilən müasir hərbi texnikanın bir hissəsi, o cümlədən "BTR-82A" zirehli transportyorları Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.

 

Məlumata görə, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan "BTR-82A" zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət qabiliyyətini və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması üçün nəzərdə tutulub.

 

Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən istehsal olunan "BTR-82A" zirehli transpotyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq "BTR-82A" daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib, kondisioner, beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz edilib. Zirehli transportyorun məsafədən idarə olunan döyüş moduluna əsas silah kimi 30 mm-lik 2A72 avtomat top və ikinci silah kimi 7.62 mm-lik PKTM pulemyotu daxildir. Maşının heyəti 3 nəfər, desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar