Yeni təyin olunan Səhiyyə nazirinin müavinləri kimdir? - DOSYE
04.02.2022 294 0.0 0

xəbər verir ki, bunlar İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılovdur.

Qeyd edək ki, Qasımov İlqar Əbülfəz oğlu 12.04.1965-ci il tarixdə Bakı şəhərində anadan olub. 1982-ci ildə Bakı şəhəri 134 saylı orta məktəbi bitirmişdir. 

1982-1988-ci illərdə Azərbaycan Respublikası Tibb İnstitutu. Müalicə işi fakultəsi fərqlənmə diplomu ilə bitirmişdir.

1989-1990-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda Travmatologiya və Ortopediya üzrə internatura. Həmin İnstitutun sümük patologiyası şöbəsinin elmi işçisi olub.

1991-1994-cü ildə Moskva şəhərinin Priorov adına Mərkəzi Travmatologiya İnstitutunda Tibb Elmləri Namizədliyini müdafiə edib. (Солитарная форма эозинофильной гранулемы костей у детей (клиника, диагностика и лечение)

1996-2000-ci illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunda Doktorantura təhsili alıb.

2000-ci ildə Rusiya Federasiyasında Tibb Elmləri Doktoru dərəcəsinin müdafiəsini edib (Костно- пластические операции у детей и подростков с костной патологией). Moskva.

2000-2004-cü illərdə Moskva şəhərinin Mərkəzi Travmatologiya İnstitutunun İri oynaqların artroplastikası şöbəsinin baş elmi işçisi olub.

2004-2006-cı illərdə Rusiya Tibb Akademiyasının Diplomdan sonrakı Təkmilləşdirmə Travmatologiya və Ortopediya Kafedrasının elmi işçisi olub.

2006-2017-ci illərdə Azərbaycan Respublikasının MKX və bir neçə özəl xəstəxanalarında fəaliyyət göstərib.

17.08.2017-ci il tarixdən Azərbaycan Respublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Direktoru.

Artroplastika və Artroskopiya şöbəsinin rəhbəri.

11.03.2019 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Travmatoloqu.

İ.Ə.Qasımov, rəhbərlik etdiyi İnstitutda, 2017-ci il tarixdə Artroplastika və Artroskopiya şöbəsini yaradıb və hər il 430-a yaxın Artroplastika əməliyyatları icra edilir. Həmçinin, kursantların və rezidentlərin təlimi keçirilir.

11.03.2019-cu il tarixdən Azərbaycan Respublikasının Baş travmatoloqu, eyni zamanda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Travmatologiya və Ortopediya Kafedrasının Rəhbəri.

2020 Hemofiliyaya multidisiplinar yanaşma və pasientlərin effektiv müalicəsinə dair respublika konfransı

2019 Türk Dünyası Ortopedi və  Travmatoloji 2 Kongresi (Alma-ata)

2019 Azərbaycan Travmatoloq və Ortopedlərin III Qurultayı (Bakı)

2018 Türk Dünyası Ortopedi və  Travmatoloji 1 Kongresi (Bakı)

 

 

Zeynalov Nadir Azər oğlu 24.10.1976-cı il tarixdə Bakı şəhərində ziyalı ailəsində doğulmuşdur. Orta təhsilini Bakı şəhəri 20 nömrəli məktəbdə almışdır. 1999-cu ildə Azərbaycan Tibb Universitetinin (ATU) I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonrakı əmək fəaliyyəti ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə bağlı olmuşdur: 1999-2001-ci illərdə klinik ordinator, 2001-2004-cü illərdə aspirant, 2005-2013-cü illərdə assistent, 2013-cü ildən hazıradək həmin kafedranın dosenti vəzifəsində çalışır.

2006-cı ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2021-ci ildə cərrahlıq üzrə dosent elmi adını almışdır. 2015-ci ildən başlayaraq inzibati vəzifələrdə çalışmışdır. Belə ki, 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışmışdır.

İsmayılov Rasim Miskin oğlu 21 may 1973-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhəri Nərimanov rayonu 36 saylı məktəbin 1-ci sinfinə getmiş və 1988-ci ildə həmin məktəbin 8-ci sinfini bitirərək Səbail rayonu 2 saylı H.Mahmudbəyov adına texniki – humanitar liseyin 9-cu sinfinə qəbul olunub. 1990-cı ildə həmin liseyi bitirərək N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialına qəbul olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun kommersiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

İnstitutu bitirdikdən sonra 2001-ci ilin sentyabr ayınadək Respublika Gigiyena və Epidemiologiya mərkəzində 1-ci dərəcəli mühasib-təftişçi, ali dərəcəli mühasib-təftişçi və aparıcı iqtisadçı vəzifələrində çalışıb.

2001-ci ilin sentyabr ayında Muğan Kommersiya bankında valyuta əməliyyatları üzrə mütəxəssis kimi fəaliyyətə başlamışdır. 2002-ci ilin dekabr ayında həmin bankın müştərilərə xidmət departamentinin rəis müavini, 2003-cü ilin noyabr ayında əməliyyat idarəsinin rəisi və 2005-ci ilin dekabr ayında bankın İdarə heyətinin sədr müavini təyin olunmuş və 2017-ci ilin aprel ayınadək həmin vəzifədə işləyib.

2017-ci ilin aprel ayından avqust ayınadək “Baker Tilly Azərbaycan” audit şirkətində qiymətləndirmə üzrə məsləhət xidmətləri təqdim edib.

2017-ci ilin avqust ayından 2018-ci ilin oktyabr ayınadək Polşa Respublikasında fəaliyyət göstərən, xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib.

2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində işləyib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar