Yeni S-300 savaşı başlayır
17.04.2015 766 0.0 0

Rusiyanın İrana S-300 yer-hava raketləri göndərmək qərarı dünyanın narahatlığına səbəb olub. Prezident Vladimir Putin ötən gün bildirib ki, Tehran nüvə proqramı üzrə illərdir davam edən mübahisəni aradan qaldırmaq niyyətini nümayiş etdirdiyi üçün qadağa götürülür.

Məlumata görə, Rusiya dövlət başçısının bu açıqlaması ABŞ-ın və İsrailin narahatlığına səbəb olub, bu iki ölkə V.Putinin İrana raketdən müdafiə sistemi təchizatına qadağanı götürməsi qərarını sərt tənqid edib.

Ağ Evdən və ABŞ Silahlı Qüvvələrindən bildirilib ki, Moskvanın bu addımı Rusiya iqtisadiyyatının necə zəiflədiyini göstərir: "Rusiyanın İrana S-300 yer-hava raketləri göndərmək qərarına baxmayaraq, İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasına qarşı hərbi variant dəyişməz olaraq qalır. Biz illərdir həmin sistemin İrana satılmasının mümkünlüyündən xəbərdarıq və bütün planlaşdırmamızda bunu nəzərə almışıq."

Xatırladaq ki, Rusiya həmin qadağanı İrana 2010-cu ildə qoyub. Buna səbəb BMT-nin Tehran ilə silah ticarətini məhdudlaşdıran sanksiyası olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar