Yeni Kralın qərarı dünya gündəmini zəbt etdi
21.02.2015 1047 0.0 0

Məmura iki qat maaş mükafat, xalqa 28 milyard avro

Səudiyyə Ərəbistanı Kralı Abdullahın ölümündən sonra vəzifəyə gələn Kral Salman taxta çıxmasının şərəfinə xalqa mükafat paylamaq qərarı verib.   
 

Kral Salman, dövlət təşkilatlarında çalışan bütün məmurlar, əsgərlər, pensiyaçılar və dövlət hesabına oxuyan tələbələrə iki qat maaş mükafat vermək qərarını təsdiqləyib.

 Məlumata görə orta hesabla məmura 2100 avro verən Səudiyyə Ərəbistanı  dövləti, bu qərardan sonra məmura  4200 avro mükafat verəcək.

Əlavə olarq bildirək ki, kralın bu qərarından , idman, mədəniyyət klubları və dərnəklər də kənarda qalmayıb. Bu təşkilatlar da 28 milyard evrodan öz paylarını alacaqlar.
Xatırladaq ki, Salmanın paylayacağı 28 milyard avro Latviya ölkəsinin bir illik büdcəsinə bərabərdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar