Yeni doğulan körpəni görənlər gözlərinə inanmadı
02.05.2016 1254 0.0 0


Avstraliyada dünyaya gələn 6 kq-lıq körpə hər kəsi şoka salıb. Məlumata görə, körpə ötən gün dünyaya gəlsə də 6 aylıq bir uşaq kimi görünür.

Avstraliyanın Pert şəhərindəki doğum evlərindən birində uşaq dünyaya gətirən Brenna Sykes doğuşdan sonra körpəsini qucağına almaq istədikdə təəccübünü gizlədə biləməyib.

Həkimlər uşağın bu qədər ağır olmasını genetik səbəblərlə əlaqələndiriblər. Sağlamlığında heç bir problem olmayan körpəyə Ziad Kadic adı verilib. Doğuşu həyata keçirən həkim bu körpənin karyerası ərzində gördüyü ən böyük uşaq olduğunu bildirib.

 

Solda normal çəkili körpə, sağda Ziad Kadic

 

Analoji hadisə 2013-cü ildə Çinin Şanxay şəhərində baş verib. Çinli qadın 6,181 kq olan uşaq dünyaya gətirib. Oğlanın anası onu doğulandan az sonra süd, yumurta və meyvə ilə qidalandırmağa başalayıb. 

Həkimlərin dediklərinə görə, uşağın çəkisinin belə çox olması onun anasının hamiləlik dövründə çox yeməsi və günün əksər hissəsini yataqda keçirməsi ilə bağlı ola bilər.

Uşağın çəkisi normaya salınmazsa, onun yaşı artdıqca piylənmə və şəkərli diabetə mübtəla olma riski də çoxalacaq./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar