Yeni böyük döyüş hazırlığı
23.02.2015 693 0.0 0

Ukraynanın şərqində Rusiya meyilli separatçılar yenidən fəallaşıb.

Məlumata görə, separatçılara məxsus hərbi texnikadan ibarət kolon Donetsk vilayətinin Qorlovka şəhərinə girib.

Hazırda Qorlovka Rusiya meyilli separatçıların nəzarəti altındadır. Bu haqda Ukrayna mətbuatı yerli sakinlərə istinadən bildirir.

"Qorlovkaya Debaltsevo tərəfdən iki böyük hərbi texnika kolonu girdi", - deyə şahidlər bildiriblər.

Ehtimal edilir ki, separatçılar yeni döyüşə, Dzerjinskə hücuma hazırlaşır.

Qeyd edək ki, Ukraynanın şərqində ordu qüvvələri separatçılar qarşısında məğlub olublar. Belə ki, Ukrayna ordusu Debaltsevo şəhərindən çıxıblar./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar