Yayda böyük savaş başlayır
12.03.2015 807 0.0 0

Yay aylarında Rusiya ordusu Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

Məlumata görə, belə bir iddia rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış edib

Onun sözlərinə görə, yaxın aylarda hələlik böyük müharibə gözlənilmir.

"Rusiya hökuməti hələlik Ukrayna münaqişəsinə birbaşa təsir etmək barədə qərar qəbul etməyib. Lakin ordu texniki olaraq buna hazırdır. Rusiya Ordusu yayda Ukraynaya girə bilər", - deyə ekspert bildirib.

Felqenqauer hesab edir ki, Ukraynada Rusiya meyilli döyüşçülər müharibə barədə özləri qərar verməyəəcəklər. Çünki onlara Rusiya Ordsunun dəstəyi lazımdır.

Qeyd edək ki, Qərb və ABŞ dəfələrlə bəyan edib ki, Ukrayna ordusuna qarşı Rusiya əsgərləri döyüşür. Rusiya tərəfi isə bunu cəfəngiyat adlandırır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar