Yatanda xoruldayanlar bunu oxusun
16.12.2021 153 0.0 0

Xoruldama kişilərdə və kök insanlarda daha çox rast gəlinir. Yaşla əlaqədar görülmə sıxlığı artan forması isə yuxu problemidir. Az, hərdən, şiddətli və ya daim rast gəlinə bilər.
Xarici mediaya istinadən xəbər verilir ki, xoruldamağı adi bir hal kimi baxıb keçmək olmaz.  Hərdən, əsasən də yorğun olanda xoruldamaq, böyük problem deyil.

Xoruldamaq təkcə ətrafınızdakı insanların yox, sizin də yuxu sisteminizi pozacaq. Yatanda əzələlərimiz genişlənir. Bu da nəfəs aldığımız yolun daralmasına gətirib çıxarır.

Xoruldamağın səbəbləri: artıq çəki, boşazdakı badamcıqların şişməsi, sinuzit, boğaz əti, burun forması pozuntusu, boğaz və çənə əyriliyi, ürək xəstəlikləri, hamiləlik, kürəyi üstündə yatmaq, yoröun olmaq...

Müalicəsi olunmadıqda xoruldamağın yaradacağı problemlər səhhətə ciddi ziyan vura bilər. Ürək-damar xəstəlikləri, infarkt, yüksək təzyiq, iflic kimi bir çox problemlərlə rastlaşa bilərsiniz.

Əgər xoruldamağınız yüksək deyilsə, daha yüksək yastıqda yatmaq, kürəyi üstündə yatmaq alışqanlığınızı dəyişdirin. Çalışın artıq çəkidən xilas olun. Yatmazdan əvvəl yeməyə fasilə verin. Sümük əyriliyi varsa, bunu əməliyyatla aradan qaldırın. Yatmazdan əvvəl siqaret çəkmək, spirtli içki içmək qətiyyən olmaz.

«İ» hərfi xorultudan xilas edəcək:
Həyat yoldaşım uzun müddət xoruldamaqdan əziyyət çəkib. Lap ona yazığım gəlirdi. İstirahətdə olanda qoca bir rus qadını xüsusi gimnastika məsləhət gördü. İlk vaxtlar bu məsləhətin işə yarayacağına heç inanmırdım. Sonra onun doğrudan da kömək etdiyinin şahidi oldum. Bunun üçün...

Sənin xilaskarın «i» hərfidir. Gündə iki dəfə, səhər və axşam, yeməkdən əvvəl 25-30 dəfə «i» hərfini de. Ən çox bir aya xorultunun yox olduğunu görəcəksən./axsam.az/


Loading...
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar