Yaponlardan şok addım- kainatın yaradılış sirlərini açmağa çalışırlar
23.04.2015 619 0.0 0

Yaponiyada kainatın yaradılışı ilə bağlı sirləri açmaq üçün xüsusi eksperiment keçiriləcək.

RİA Novosti-yə istinadən verilən məlumata görə, yaponiyalı alimlər COMET eksperimentini 2017-ci ildə başlamağı planlaşdırıblar. Eksperiment Yaponiyanın JPARK surətləndirici kompleksində baş tutacaq.

Sınaqların layihəsi üzərində 13 ölkədən 170 mütəxəssisin işlədiyi deyilir. Layihənin dəyəri 50 milyon avro qiymətləndirilir. Təbiətin sirlərini açmağa hesablanan bu eksperimentin ilkin mərhələsi 2017-ci ildə, ikinci mərhələsi isə 2020-2021-ci illərdə başlayacaq.

Yaponiyalı alimlər bu eksperimentlə yaradılış haqqında mübahisələrə aydınlıq gətirəcəklərinə ümid edirlər./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar