Yaponiyada hökumətin yeni tərkibi formalaşdırılıb
11.09.2019 105 0.0 0

Yaponiyada hökumətin yeni tərkibinin formalaşdırılması çərçivəsində 13 nazirliyin, o cümlədən Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbəri dəyişib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə RİA "Novosti" Yaponiya hökumətinin Baş katibi Yosihide Suqanın bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, Yaponiyanın İqtisadiyyatın bərpası üzrə sabiq naziri Tosimitsu Moteqi yeni Xarici İşlər naziri olub, XİN başçısı vəzifəsini tutan Taro Kono isə Müdafiə naziri təyin edilib.

Nazirlər Kabinetinin tərkibinin yenilənməsindən sonra yalnız iki siyasətçi - Suqa və Maliyyə naziri Taro Aso vəzifəsini qoruyub.

Daha əvvəl Yaponiya hökumətinin tam heyətlə istefaya getdiyi bildirilmişdi.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar