YAP üzvlüyünə namizədlərin siyahısı dəyişib (VİDEO)
31.08.2015 745 0.0 0

Yeni Azərbaycan Partiyasının parlament üzvlüyünə namizədlərin siyahısına bir sıra dəyişikliklər olunub. 

Belə ki, partiyanın icra katibinin müavini Siyavuş Novruzov ANS-ə açıqlamasında söyləyib ki, namizədlər siyahısına yeni adlar daxil edilib. Partiya daxilində aparılan tədqiqatlar nəticəsində həmin şəxslər barəsində məlumatlar toplanıb. Dairələr üzrə namizəd siyahısı bu həftə ərzində ictimaiyyətə açıqlanacaq. 

Siyavuş Novruzov əlavə edib ki, artıq bütün namizədlər müəyyənləşib:

“Təbii ki, partiyanın tərkibində dəyişikliklər var. Hər hansı bir şəxsin nazmizədliyini irəli sürmək idarə heyətinin qərarından asılıdır. Amma əksər dairələr üzrə namizədlər olacaq. Orada tanınmış, paralmentdə təmsil ounmuş və olunmamış şəxslər var. Bunların hamısı artıq müəyyənləşib”. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar