Yanukoviçin taleyi həll olunur
16.02.2015 818 0.0 0

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiç bu gün Belçika paytaxtında mətbuat konfransı keçirib. O, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin ailəsinə qarşı Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların uzadılması məsələsinə bu ilin martında aydınlıq gələcəyini bildirib.

TASS-a istinadla verdiyi məlumata görə, o deyib ki, Yanukoviç ailəsinə qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi barədə qərar təqribən bir il bundan əvvəl, mart ayında verilib. Hazırda bu siyahı müzakirə olunur və martın əvvəllərində başa çatdırılacaq.

M.Kosyançiç V.Yanukoviçin ailəsi barəsində sanksiyaların müddətinin uzadılıb-uzadılmaması barədə dəqiq məlumata malik olmadığını söyləyib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar