Yanukoviçin oğlu ölüb?
22.03.2015 709 0.0 0

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlunun ölüm xəbəri yayılıb.

Məlumata görə, Ukrayna kütləvi informasiya vasitələrində prezidentin oğlunun ölümü haqda bir neçə versiyada xəbərlər yazılıb. Bəzi KİV-lər Viktor Yanukoviçin oğlunun Baykal gölündə boğularaq öldüyünü bildiriblər. Guya keçmiş prezidentin oğlu balıq tutan vaxt gölün üstündəki buz qatı çatlayaraq dağılıb və Yanukoviç öz dostu ilə birlikdə batıb.

Başqa bir mənbədə isə bildirilib ki, idman tədbiri keçirilən zaman "Folksvagen" mikroavtobusu aşıb və içərisindəki 5 nəfər suya düşüb. 4 nəfər xilas olub, Yanukoviçin oğlu isə batıb.

Lakin Rusiya Fövqəladə Hallar Nazirliyi ölüm xəbərini təsdiqləməyib. Nazirliyin məlumatında bildirilib ki, "cümə günü axşam içərisində 5 sərnişini olan avtomobilin sürücüsü təhlükəsizlik qaydalarını kobudcasına pozaraq maşını gönün üzərindəki buzun üstünə sürüb. Bunu etməkdə məqsədləri isə Baykal gölü üzərində şəkil çəkdirmək olub. Sərnişinlər xilas olublar. Sürücünün cəsədi isə sonra tapılıb. Amma ölən və xəsarət alanlar içərisində Yanukoviç soyadlı şəxs yoxdur"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar