Yanıq xəsarəti alan kişi xəstəxanada bıçaqlanıb
30.09.2016 635 0.0 0

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, 1983-cü il təvəllüdlü Paşayev Bəhruz Sadiq oğlu yanıq xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Özünü B. Paşayevin qohumu kimi təqdim edərək xəstəxanaya daxil olan Vidadi Məmmədov onu sarğı otağında bıçaqlayıb.

 

 

B.Paşayevə sifətin və döş qəfəsinin hər iki arxa tərəfinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəsarət alan şəxs əməliyyat olunub, vəziyyəti stabildir.

 

 

Quba rayon Polis Şöbəsi faktı təsdiqləyib.

 

Hadisənin təfərrüatları Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar