Yanğın törədib evdən oğurluq edən şəxs tutulub
17.08.2015 453 0.0 0


İmişli şəhərində yaşayan S.İmranovun həyətindəki ot bağlamalarını yandırmış və evindən oğurluq etmiş şəhər sakini S.Əhmədov tutulmuşdur

Məlumata görə, avqustun 16-na keçən gecə İmişli şəhərində yaşayan Sənan İmranovun həyətindəki 1000 kip ot bağlaması yandırılmış, evdən isə pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanmışdır.
Qazeta.info  Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, 
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Sakit Əhmədov tutulmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar