Yanan uşaqların xatirəsinə VİDEO
21.05.2015 844 0.0 0

"Əfsuslar olsun ki, heç bir halda itirdiklərimizi qaytara bilmirik" 

İki gün bundan əvəvl Binəqədi rayonunda yerləşən binada baş verən yanğında həlak olan uşaqların xatirəsinə çəkilmiş videoçarx bu sözlərlə tamamlanır. 

Məlumata görə, videoçarx “Black Garden” Productionun rəhbəri Elmar Bayramovun təşəbbüsü ilə çəkilib. 

Elmar bəy bütün valideynlərə öz qızının dilindən mesaj göndərib. 4 yaşlı Məryəmin yaratdığı ümumiləşmiş uşaq obrazının səsləndirdiyi fikirlər uşaqlarına vaxt ayıra bilməyən valideynlərə bir mesajdır. 

Xatırladaq ki, 19 mayda baş verən faciədə 4 uşaq - Cavadov Ömər Vüqar oğlu (1,5 yaş), Hüseynov Ayxan Şahin oğludur (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı ( 2 yaş 7 aylıq ), Kərimova Ayan Anar qızıdır ( 5 yaş) dünyasını dəyişib./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar