Yağış Bakını iflic etdi
29.03.2016 532 0.0 0

Bakıda müşahidə edilən yağmurlu hava insanların işini çətinə saldı. Məlumata görə, ötən gün axşam saatlarından başlayan yağış nəticəsində yollarda iri gölməçələr yaranıb. Buna səbəb isə kanalizasiya sisteminin düzgün işləməməsi olub. 

 

 

Gölməçələr bəzi yollarda tıxacların yaranmasına səbəb olub, maşınlar su içərisində üzüblər. Dərnəgül kimi tanınan ərazi, Xırdalan, Masazır, Ziya Bünyadov prospektində vəziyyət daha pis olub. 

"Azərsu" isə gölməçələrin yaranmasını yağış barmaqlıqlarının olmaması ilə əlaqələndirir./anspress/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar