Yəmənin keçmiş prezidentinin ölkə paytaxtındakı evi partladılıb
04.12.2017 677 0.0 0

Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin ölkə paytaxtı Sənadakı evi qiyamçı husi silahlıları tərəfindən partladılıb.

Xarici KİV-lərə istinadən xəbər verilir ki, partlayış zamanı onun evdə olub-olmadığı məlum deyil.

Məlumata görə, keçmiş dövlət başçısının tərəfdarları ilə husilər arasında atışma son həftədə yenidən şiddətlənib.

Ötən gün Ə.A.Saleh husilərlə müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bildirib: "Sənanın döyüş meydanında həlledici məqam yetişdi...Ölkə husilərin ağılsızlıqlarından xilas olmalıdır". 

Keçmiş prezident öz qərarını qruplaşmanın Yəmən vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri ilə izah edib: "Onlar öz tamahkar məqsədləri üçün ölkəni aclığa düçar ediblər və İranın siyasi sifarişlərini rəhbər tuturlar"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar